7 İyul 2022 11:21
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın artıq cəbhənin birdən çox istiqamətinə hücum etmək gücü yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Xüsusilə, Milli Təhlükəsizlik Şurasının katibi işğalın başlamasından 4 ay sonra Rusiyanın arsenalının tükənməsi əlamətlərinin olduğunu bildirib.

Danilov bildirib ki, Ukrayna hələlik müdafiə müharibəsi aparmalıdır:

“Keçən ay Amerikanın yüksək mobil HIMARS artilleriya raket sistemlərinin gəlməsi Rusiya hədəflərinə dəqiq zərbələr endirməyə imkan verdi.№uslar “onların qarşısında müdafiəsizdirlər”.

Danilov əlavə edib ki, Ukraynaya onlarla belə buraxılış qurğusu lazımdır.

Milli Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ukrayna ordusu Sovet dövründən qalma o qədər çox silah və sursatdan istifadə edib ki, tədricən NATO silahlarına arxalanmalı olacaq.


Müəllif: Nemət