7 İyul 2022 14:11
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən sutka ərzində Rusiya Federasiyası ilk dəfə olaraq Ukraynanın yeni ərazilərinin ələ keçirildiyini bəyan etməməsi işğalçılar tərəfindən operativ fasilədən xəbər verir”.

Teleqraf.com xəbər verir ki, belə qənaətə ABŞ Müharibə Araşdırma İnstitutunun analitikləri gəlib.

Analitiklər qeyd edirlər ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi gündəlik olaraq Ukraynanın yeni torpaqlarının işğalı barədə məlumat yayıb.

“Lakin Rusiya qüvvələri iyulun 6-da bütün istiqamətlərdə məhdud və uğursuz quru hücumlarını davam etdirib. Bu cür tələblər Rusiyanın əməliyyat fasiləsinə uyğundur, amma aktiv döyüş əməliyyatlarının tam dayandırılmasını nəzərdə tutmur. Bu o deməkdir ki, Rusiya qoşunları, ümumiyyətlə, nisbətən kiçik hücum hərəkətləri ilə məhdudlaşacaq, çünki onlar daha genişmiqyaslı hücum əməliyyatları üçün şərait yaratmağa və bu genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi üçün lazım olan döyüş gücünü bərpa etməyə çalışırlar”, - məlumatda qeyd olunur.

Analitiklər həmçinin vurğulayıblar ki, Kreml, ehtimal ki, Rusiya iqtisadiyyatını Ukraynada uzun sürən müharibəyə hazırlayır: "Bunu Dövlət Dumasının əmək münasibətlərinin tənzimlənməsinə dair qəbul etdiyi qanunlar sübut edir. Onlardan biri məmurlara işçiləri öz hesabına məzuniyyətdən geri çağırmağa, onların razılığı olmadan məzuniyyətləri təxirə salmağa, işçilərin həftə sonları, bayram və gecə saatlarında işləməsini tələb etməyə imkan verəcək".

“Bu tədbirlər Kremlə Rusiya iqtisadiyyatının əksər aspektləri, o cümlədən bəzi işçilərin normal istifadə etdiyi hüquq və müdafiələrin dayandırılması da daxil olmaqla, daha çox birbaşa nəzarət əldə etməyə imkan verir. Qanun Rusiya Prezidenti Vladimir Putinə çatana qədər hələ də Federasiya Şurasına göndərilməlidir. Kreml, yəqin ki, daxili işçi qüvvəsindən iqtisadi hasilatı artırmaq və Ukraynada uzun sürən əməliyyatlara hazırlaşmaq üçün istifadə etmək üçün üçün qanunu tətbiq etməyə çalışır”, - analitiklər bildirirlər.


Müəllif: Nemət