7 İyul 2022 09:48
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və ABŞ təhlükəsizlik xidmətlərinin rəhbərləri birgə bəyanatla Çindən gələn təhlükə barədə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Çini Amerika və Britaniyanın iqtisadi və milli təhlükəsizliyi üçün ən böyük uzunmüddətli təhdid olduğunu deyib.

Britaniya kəşfiyyat xidmətinin rəisi (MI5) Ken Makkallum rəhbərlik etdiyi qurumun son üç ildə Çin fəaliyyətlərinə qarşı işini iki dəfədən çox artırdığını və yenidən iki dəfə artıracağını söyləyib.

Rey isə qeyd edib ki, Çin Tayvanı zorla işğal etsə, bu, dünyanın indiyədək gördüyü ən dəhşətli və qanlı müharibələrdən biri olacaq.

O, Çinin Ukraynadakı münaqişədən hər cür dərs aldığını bildirib. Rey həmçinin Çinin Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarını diqqətlə izlədiyini və bunun üçün iqtisadi hazırlıq gördüyünü iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu