7 İyul 2022 13:40
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın neft və neft-kimya ticarət şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat verib.

Açıqlamada İrana neft və neft-kimya məhsullarının Şərqi Asiyaya satışında kömək etdiyi müəyyən edilən şəxslər və təşkilatlara qarşı sanksiyaların tətbiq edildiyi bildirilib. ABŞ hökumətinin bu qərarının iyunun 16-da İranın neft-kimya məhsullarının satışını dəstəkləyən beynəlxalq şəbəkəyə tətbiq edilən sanksiyaların davamı olduğu deyilib.

İranın “Jam Petrochemical Company”, BƏƏ-nin “Edgar Commercial Solutions FZE”, “Ali Almutawa Petroleum and Petrochemical Trading LLC”, “Petrokick LLC” və Çinin “Lustro Industry Limited and Oligei International Trading Co.” kimi şirkətləri yeni sanksiya siyahısına əlavə edilib. Sözügedən şirkətlərin yüz milyonlarla dollar dəyərində məhsulların Şərqi Asiyaya çatdırılması və satışını təşkil etmək üçün ofşor şəbəkə qurduqları bildirilib.

ABŞ Xəzinə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı Departamentinin rəsmisi Brayan E.Nelson nüvə sazişinin şərtlərini yerinə yetirənədək sanksiyaların davam edəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu