7 İyul 2022 15:58
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi oğurlanmış taxıl daşımaqda şübhəli bilinərək Türkiyədə saxlanılan Rusiyanın “Jibek Jolı” adlı yük gəmisinin Karasu limanını tərk etməsinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Kiyev bunu “qəbuledilməz” adlandırıb və Türkiyənin Ukraynadakı səfirinin XİN-ə çağırılacağını bildirib.

Nazirlik iddia edib ki, Türkiyəyə “Jibek Jolı”nın Ukraynadan oğurlanmış taxıl daşıdığına dair sübut təqdim ediblər.

“Röyter”in məlumatına görə, gəmi dünən axşam saatlarında Karasu limanından ayrılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Zaytsev bundan əvvəl bildirib ki, “Jibek Jolı” saxlanılmayıb, limandan standart prosedurdan keçir.

Ukrayna gəminin işğal altındakı Berdyansk limanından oğurlanmış taxıl daşıdığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu