7 İyul 2022 16:16
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitində görüşdüyü rumın həmkarı Klaus Verner İohannisdən keçmiş futbolçu Georgi Haci və oğlu İonis barədə soruşub.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Scottish Sun” qəzeti yazıb.

Ərdoğan Türkiyə futbolunun əfsanəvi simalarından biri, “Karpatın Maradonası” ləqəbli Georgi Haci və oğlu İonisin gələcəyi ilə maraqlandığı bildirilib.

“Prezident Ərdoğan futbol haqda danışmağa çox maraqlı idi, xüsusən də Georgi Haci və oğlu İonis haqqında məlumat almaq istədi. Prezidentimiz dedi ki, “futbol kralı” (Havi) yaxşıdır, futbol akademiyasında öz klubu ilə işləyir və yeni istedadlar yaradır. Prezident Ərdoğan İonisin necə olduğu ilə maraqlanıb”, - bir Rumıniya rəsmisi qəzetə deyib.

Ərdoğanın həmkarına “Bir gün atası kimi “Qalatasaray”da oynayacaq” dediyini bildirən rəsmi şəxs Türkiyə liderinin İonisi – “Kiçik Haci”ni təriflədiyini söyləyib.

İngilis nəşri də Hacinin oğlunun əvvəllər “Qalatasaray”da oynamaq istədiyini dediyini xatırladıb:

“Sevdiyim klubdur. Onunla böyümüşəm, İstanbulda doğulmuşam. Gələcəyin mənə nə gətirəcəyini bilmirəm, amma klubuma (“Reyncers”) sadiqəm”.


Müəllif: Mənsur Rəğbətoğlu