7 İyul 2022 16:55
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Maqdalena Andersson Sol Partiyadan olan millət vəkillərinin kameralar qarşısında PKK/YPG terror təşkilatının qondarma bayrağı ilə poza vermələrini tənqid edərək, bu davranışın son dərəcə yersiz olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, baş nazir PKK-nın terror təşkilatı olduğunu bildirib.

“PKK təkcə İsveçdə deyil, Avropa Birliyində də terror təşkilatları siyahısındadır. Bu bayraqla poza vermək son dərəcə yersizdir”, - Andersson qeyd edib.

Bundan əvvəl İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson və xarici işlər naziri Ann Linda da solçu deputatlara etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu