7 İyul 2022 17:50
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin hələ işgüzar səfərlə Kalininqrada getməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.

“Hər şey mümkündür. Amma Kalininqrad hələ prezidentin bu cür səfərlər planında deyil”, - Peskov prezidentin yaxın gələcəkdə regiona səfərinin mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib.

Kalininqrad vilayəti hazırda tranzit blokada vəziyyətindədir. Litva iyunun 18-də Rusiyanın digər regionlarından sanksiyalara məruz qalan malların ora daşınmasını dayandırıb. Rusiya tərəfi cavab tədbirləri nəzərdən keçirdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu