11 İyul 2022 12:59
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada irqçi bir şəxs hicablı qadına hücum edərək baş örtüyünü cırıb.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxt Berlinin Vaysenze bölgəsində baş verib.

37 yaşlı irqçi restoranda yemək yeyən 39 yaşlı qadının çadrasını cırıb, başına və bədəninin yuxarı nahiyəsinə zərbələr endirib.

Polis hücumla əlaqədar genişmiqyaslı araşdırma başladıb.

Bununla yanaşı, Berlinin Prenzlauer Berq rayonunda 52 yaşlı irqçi kişi evinin pəncərəsindən iki qadını təhqir edib. Qonşuların xəbər verməsindən sonra polis hadisə yerinə gəlib.

Polisi də təhqir edən şəxsin saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxıldığı açıqlanıb.


Müəllif: Aysel Azad