11 İyul 2022 17:19
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ və Yaponiya ilə birlikdə Şimali Koreya təhdidinə qarşı daha güclü əməkdaşlığa dair birgə öhdəlik götürdüklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Qunn, Yaponiya xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə köməkçisi Funakoşi Takexiro və ABŞ prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim İndoneziyada bir araya gəlib.

XİN-dən verilən açıqlamada üç ölkənin Şimali Koreya təhlükəsi qarşısında daha güclü əməkdaşlığa sadiq olduqları bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da görüşlə bağlı açıqlama verib:

“ABŞ-ın xüsusi nümayəndəsi Şimali Koreyanın qeyri-qanuni ballistik raket buraxılışları qarşısında üçtərəfli təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyib və Şimali Koreyanın zərərli kiber fəaliyyətinin yaratdığı təhdidləri azaltmaq üçün yaxından işləməyə sadiqdir”.


Müəllif: Mənsur Rəğbətoğlu