11 İyul 2022 18:49
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda davam edən musson yağışlarının yaratdığı sel fəlakətində ölənlərin sayı artır.

Teleqraf.com xəbər verir ki, leysan yağışların səbəb olduğu sel fəlakətində ölənlərin sayı 147 nəfərə çatıb.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) açıqlamasına görə, həyatını itirənlərin 88-i qadın və uşaqdır. Daşqın nəticəsində çoxlu sayda ev, yol, körpü və elektrik stansiyaları zərər görsə də, avtomobillər yollarda qalıb.

Meteoroloqlar yağışlı havanın 2-3 gün də davam edəcəyini bildirib.


Müəllif: Aysel Azad