2 Dekabr 2014 14:00
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə NATO arasında Ukrayna böhranı səbəbi ilə başlayan gərginlik dərinləşir.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, rus təyyarələrinin Ukrayna sərhədində təcavüz uçuşları etdiyini bildirən NATO-dan dünən Moskva rəhbərliyinə xəbərdarlıq xarakterli açıqlamalar gəlib. İttifaq verdiyi açıqlamada rus döyüş təyyarələrinin regionda mülki aviasiyaya da təhlükəyə yaratdığını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya tərəfinin icazəsiz humanitar yardım karvanlarını göndərməsi Ukraynanın ərazi bütövlüyünü pozur: “Müxtəlif vaxtlarda rus humanitar karvanlarının göndərilməsi sərhədlərin pozulmasıdır. Minsk danışıqlarına əsasən belə yardımlar beynəlxalq monitorinq qrupu tərəfindən izlənilməlidir”.

Samir


Müəllif:

Oxşar xəbərlər