2 Dekabr 2014 14:21
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn yüksək rütbəli məmurlara xaricdən gətirilən siqareti çəkməyi qadağan edərək belə hərəkəti qeyri-vətənpərvər adlandırıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.

KXDR ilə ticarət əlaqəsi olan şirkətlərə yaxın mənbənin “Renxap” agentliyinə verdiyi məlumata görə, özünün fəal siqaret çəkən olduğu ehtimal edilən Kim Çen Inın fikrincə, yerli tütün məhsulları çox yaxşı keyfiyyətə və dada malikdirlər.

Jurnalistlər hələlik Şimali Koreya liderinin özünün hansı markalı siqaret çəkdiyini müəyyən edə bilməyiblər. Onun atası Kim Çen İr Britaniyanın “Rothmans” siqaret markasına üstünlük verirdi.

Agentlik tərəfindən rəyi soruşulan analitiklər hesab edirlər ki, belə qərar adi vətəndaşlara tətbiq edilməyəcək. Çünki o, xarici tütün məhsullarının istehlak həcmlərinə lazımi təsir göstərməyəcək, ona görə ki, bu kateqoriyadan olan malların əksəriyyəti bir qayda olaraq “qara bazar”da satılır.

Ümumdünya Səhiyə Təşkilatının məlumatına görə, KXDR siqaret çəkənlərin sayına görə Asiyada ən öndədir (50%-dən çox). Xarici KİV-in məlumatına görə, bu ölkədə yaşayan kişilərin 46 faizindən çoxu 15 yaşından siqaret çəkir. Halbuki bu kateqoriya üzrə orta dünya göstəricisi 31 faiz civarındadır. Təkcə 2013-cü ildə ŞKDR 65,3 milyon dollara yaxın məbləğdə tütün məhsulları idxal edib.

Daha çox tanınan markalar olan "Gohyang", "Craven" və "Yeomyeong" kimi Şimali Koreya istehsalı olan bir qutu siqaretin orta qiyməti 2 kiloqram düyünün dəyərinə bərabərdir və 0,36-0,5 dollar təşkil edir.


Müəllif:

Oxşar xəbərlər