14 İyul 2022 09:41
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı Türkiyə ilə imzalanmış üçtərəfli anlaşma barədə danışıb.

Teleqraf.com xəbər verir ki, alyans rəhbəri anlaşmanın yerinə yetirilməsinin vacibliyinə toxunub.

Stoltenberq razılaşmada heç bir qaranlıq məqamın olmadığını bildirib:

“İsveç və Finlandiyanın üzvlük haqqında üçtərəfli memorandumu ictimaiyyət üçün açıqdır. Hər kəs oxuya bilər. Nə razılaşıblarsa, orada yazılıb. Nə çox, nə də az”.

Stoltenberq deyib ki, memorandumun əsas mesajı üç ölkənin terrorizmlə mübarizədə daha çox birlikdə çalışacağı ilə bağlıdır.

“PKK Avropa Birliyinə görə terror təşkilatıdır. PKK İsveç, Finlandiya və bütün AB üzvləri tərəfindən terror təşkilatı hesab edilir. Kəşfiyyat məlumatlarını bölüşmək, birlikdə işləmək və ekstradisiya sorğularına cavab vermək məqbul və vacibdir”.

NATO baş katibi ekstradisiya tələbləri ilə bağlı qərarların daxili qanunlar və "Ekstradisiya haqqında" Avropa Konvensiyası çərçivəsində veriləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu