2 Dekabr 2014 17:09
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Krım və Qara dənizdə Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsini pisləyir.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın bu addımı regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq.

Stoltenberq qeyd edib ki, NATO Krım yarımadasının Rusiyaya birləşdirilməsini tanımayacaq. O bu məsələnin çox ciddi problemlər yaratdığını da diqqətə çatdırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər