Nigeriyanın Damaturu şəhəri yaxınlığında “Boko Haram” terror qruplaşmasının silahlılarının törətdiyi terror hücumu nəticəsində 39 nəfər ölüb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 33-ü polis əməkdaşı, 6-sı isə hərbçidir. Silahlıların 20 nəfər itki verdiyi bildirilir.
Ölənlərin sayının artacağı istisna olunmur.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Damaturu şəhərini “Boko Haram” silahlılarından azad etməyə cəhd edib.