İngiltərənin Leichester şəhərində bələdiyyə parkında 2012-ci ildə tapılan və 500 yaşı olan sümüklər İngiltrənin döyüşdə ölən axırıncı kralı 3-cü Richarda məxsusdur.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, DNK analizi bütün şübhələri arxada qoydu.
Alimlər 3-cü Richardın indi sağ olan iki qadın qohumundan DNK analizi götürüblər və onu sümüklərin DNK-sı ilə müqayisə ediblər. Analizdən sonra alimlər 99,99 faiz əmindirlər ki, tapılan sümüklər o vaxtki kral Richarın sümükləridir.
Genetiklər xüsusi genetik markerlə 3-cü Richardın saçının və gözünün rəngini müəyyən etməyi də qarşılarına məqsəd qoyublar.Analiz göstərib ki, Richardın mavi gözləri və sarı saçları olub.
Tədqiqatı aparan doktor Turi King deyib ki, 3-cü Richard məsələsində "itkin düşmüş şəxs" problemi həll olundu.