23 İyul 2022 08:47
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) böyüklər üçün meymunçiçəyinə qarşı “Imvanex” peyvəndindən geniş istifadəyə icazə verib.

Teleqraf.com xəbər verir ki, agentlik öz tövsiyələrini “Imvanex”in insanlarda meymunçiçəyinin qarşısının alınmasında təsirli olduğunu göstərən bir neçə araşdırma ilə izah edib.

Vaksinin yan təsirlərinin yüngül və orta dərəcədə olduğu bildirilir. Məlumata görə, ondan istifadənin faydası risklərdən daha çoxdur.


Müəllif: Teleqraf.com