3 Dekabr 2014 10:37
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın F-4 təyyarələri İraq sərhədində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mövqelərini bombalayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü kontradmiral Con Kirbi açıqlama verib. Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın əlində mühüm dəlillər var.

Kibri əməliyyatların İraqın şimalında - Diyalə bölgəsində aparıldığını iddia edib. O, həmçinin ABŞ-ın da hava əməliyyatı təşkil etdiyi bölgədə İranın hərəkətə keçməsinin İŞİD-ə qarşı birgə mübarizə anlamına gəlməyəcəyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər