27 İyul 2022 13:40
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Vaşinqton administrasiyası bu yaxınlarda Yunanıstana 90 yeni M117 zirehli təhlükəsizlik maşını göndərib.

ABŞ-ın Afinadakı səfirliyi tvitter hesabında Yunanıstana göndərilən zirehli texnikanın fotosunu paylaşaraq qeyd edib: “Daha 90 M1117-nin Salonikidə olmasından çox məmnunuq. İlin sonuna qədər Vaşinqton 1200 zirehli texnikanı pulsuz göndərməyi planlaşdırır. ABŞ və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq həmişəkindən daha güclüdür”.

Son aylarda Yunanıstanın ABŞ-dan aldığı zirehli texnikanın sayı 354-ə çatıb.

Axırıncı göndəriş ABŞ-ın Yunanıstana hədiyyə edəcəyi 1200 hərbi maşın paketinə daxildir.

Vaşinqton indiyədək 1100 hərbi maşın tədarük edib. Qalan avtomobillərin təhvili gələn ilin ilk aylarında mərhələli şəkildə başa çatdırılaacq. Maşınlar Yunanıstana “Əlavə Müdafiə Proqramı” çərçivəsində pulsuz verilir.


Müəllif: Nemət