27 İyul 2022 13:26
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan baş nazir Viktor Orbanın müşaviri Zsuzsa Hegedus baş nazirin ötən həftə “Biz qarışıq irqlər istəmirik” çıxışının “tam nasist mətni” olduğunu bəyan edərək istefa verib.

Teleqraf.com xəbər verir ki, 20 ildir Orbanla birlikdə olan Hegedus baş nazirə ünvanladığı istefa məktubunda onun istifadə etdiyi ifadələrin Cozef Göbbelsin "ağzına layiq" dəqiq nasist mətni olduğunu bildirib.

Orban ötən həftə çıxışında deyib ki, Avropa xalqları bir-biri ilə qarışmaqda sərbəstdirlər, lakin avropalı olmayanlarla qarışmamalıdırlar.

Orbanın sözçüsü mətbuatın çıxışı təhrif etdiyini bəyan edib.

Müşavirinin məktubuna cavab verən Orban hökumətinin antisemitizm və irqçiliyə tolerantlığının sıfır olduğunu deyib.

Orbanın açıqlamaları Macarıstanda bəziləri tərəfindən sərt şəkildə tənqid olunsa da, onu şövqlə müdafiə edənlər də var.


Müəllif: Nemət