27 İyul 2022 14:40
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Qucarat əyalətində saxta spirtli içkidən ölənlərin sayı 38-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ştat rəsmiləri məlumat açıqlayıb.

Hadisə ilə bağlı 6 nəfər həbs edilib.

Qeyd edək ki, Qərbi Benqal əyalətində 2011-ci ildə 170-dən çox insan qeyri-qanuni içki qəbulu nəticəsində dünyasını dəyişib.

Rəsmi rəqəmlərə görə, Hindistanda hər il istehlak edilən 5 milyard litr spirtin yalnız 40 faizi qanuni istehsal olunur.

Hindistanın Bihar, Qucarat, Mizoram və Naqaland ştatlarında spirt istehlakı və satışı qadağandır.


Müəllif: Yeganə Oqtayqızı