27 İyul 2022 15:50
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə iştirak edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, tərəflərin imzaladığı sənəd 120 gün müddətində qüvvədə olacaq və etiraz olmadığı halda uzadılacaq.

Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Birgə Koordinasiya Mərkəzi Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com