28 İyul 2022 10:41
3 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bugünkü Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Medvedev iki foto paylaşaraq onları şərh edib.

“Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır”- deyə Dmitri Medvedev birinci şəklə işarə vurub.

Medvedevin göstərdiyi ikinci xəritəyə belə şərh yazıb: “Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür".


Müəllif: Pərvin Cəfərova