28 İyul 2022 13:16
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inn Koreya müharibəsinin 69-cu ildönümü ilə bağlı çıxışında ABŞ və Cənubi Koreyanı sərt şəkildə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Kim Çen Inn Cənubi Koreya administrasiyasının ünvanına sərt ifadələr işlədib.

Cənubi Koreyanın Şimali Koreyaya qarşı istənilən hücumuna cavab veriləcəyini deyən Inn Seul və müttəfiqlərinə açıq mesaj göndərib: “Bir daha açıq şəkildə demək istəyirəm ki, Şimali Koreya ordusu ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır. Silahlı qüvvələrimiz istənilən hücuma cavab verməyə hazırdır və ölkəmizin nüvə müharibəsi hazırlıqları tam gücdədir”.

Qeyd edək ki, bu ilin əvvəlindən ardıcıl olaraq hipersəs raket sınaqları keçirən Şimali Koreyanın bu raketlərə nüvə başlıqları taxması ehtimalı beynəlxalq narahatlıq doğurub.


Müəllif: Nemət