3 Dekabr 2014 13:47
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə İran səfirliyinin iqamətgahına bombalı hücum təşkil olunub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İranın Sanadakı səfiri Seyid Həsən Nam açıqlama verib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt o, səfirlikdə olmayıb.

İlkin məlumatlarda deyilir ki, hücum nəticəsində 2 nəfər ölüb. Rəsmilər ölənlərin mühafizəçi olduğunu bildirirlər.

Təhlükəsizlik qüvvələri isə hücumun binanın yaxınlığında dayanan maşında quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində baş verdiyini qeyd edirlər.

Hadisə yerində araşdırmalar davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər