28 İyul 2022 12:10
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun Zyabrovka aerodromundan Ukraynaya raketlərin atıldığına dair görüntülər yayılıb.

Teleqraf.com xəbər verir ki, ümumilikdə saat 05:23-dən 06:29-a kimi aerodromdan 25-ə yaxın raket buraxılıb.

Fotoda Belarusun Qomel vilayətində yerləşən Zyabrovka aerodromundan səhər raket atıldığı əks olunub.

Qeyd edək ki, fotoları "Belarus Gayun" Teleqram kanalı yayıb.

“Partlayışların Kiyev və Çerniqov vilayətlərində olduğu barədə məlumatlar var. Əgər bütün buraxılışların “İsgəndər” OTRK-dan olduğu güman edilirsə, o zaman atışma saatı olmalıdır. Bunun üçün ya yüksək keyfiyyətli müfəssəl peyk şəkilləri, ya da Rusiya bölmələrinin Belarus boyunca hərəkətini müşahidə edə bilən yerdəki insanların məlumatları lazımdır. Aerodromda ən azı 6 belə kompleks var”, - mməlumatda qeyd olunub.

Hələ də bu aerodromda 10-a qədər S-300/400 zenit-raket kompleksi və, ehtimal ki, ən azı 2 “İsgəndər” əməliyyat-taktiki raket kompleksinin yerləşdiyi bildirilir.

Çerniqov Vilayət Hərbi Administrasiyasının sədri Vyaçeslav Çaus Ukrayna sərhədində vəziyyətin nəzarət altında olduğunu bildirib: "Hazırda sərhəddəki vəziyyətlə bağlı çoxsaylı suallar daxil olur. Xüsusilə də düşmənin quru əməliyyatının ikinci mərhələsinin başlayıb-başlamaması maraqlıdır. Saat 7:12-yə olan məlumata görə, sərhəddə vəziyyət nəzarət altındadır. Ukraynanın Dövlət Sərhəd Xidməti dövlət sərhədində vəziyyətə nəzarət edir".

O, insanları meşələrə getməməyə çağırıb: "Çerniqov vilayətinin sakinlərinə meşələrə getməyin qadağan olunduğu ilə bağlı müraciət etmək istəyirəm. Sizdən xahiş edirəm, bu qadağanı nəzərdən qaçırmayın".


Müəllif: Nemət