Ukraynanın baş naziri Arseniy Yatsenyuk yüksək çinli dövlət məmurlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı maraqlı təkliflə çıxış edib.
O, bildirib ki, bütün nazirlər, onların müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının və dövlət şirkətlərinin rəhbərləri icbari şəkildə antikorrupsiya yoxlamasından keçməlidirlər.
Teleqraf.com-un məlumatına görə, Yatsenyuk bu barədə hökumətin ümumi iclasında açıqlama verib: "Nazirlər kimi, müavinliyə təqdim olunacaq bütün namizədlər, hökumətin səlahiyyətində olan mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, səhmdar cəmiyyətlərinin və başqa subyektlərin rəhbərləri korrupsiyaya qarşı yoxlamadan və xüsusi sınaqdan keçməlidirlər. Bu, birmənalı şəkildə mühüm dövlət postu tutan hər bir hökumət qulluqçusuna şamil olunmalıdır".
Nail Cəlil