3 Dekabr 2014 15:48
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişuda Birləşmiş Millətlər Təşkilatının (BMT) avtomobil karvanına bombalı hücum təşkil olunub.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində avtomobildə olan ən azı 3 nəfərin öldüyü bildirilir. Polisin açıqlamasına görə, hücum hava limanı yaxınlığında bomba yüklü maşın vasitəsilə edilib. Ölənlərdən 2-sinin BMT təhlükəsizlik əməkdaşları, 1 nəfərin isə Somali polisi olduğu qeyd edilib.

Partlayışda 10 nəfərin də yaralandığı da bildirilir.

Rəsmilər hadisənin “Əl Qaidə” terror qruplaşmasının qolu sayılan “Əl Şəbab” tərəfindən törədildiyini iddia edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər