31 İyul 2022 11:53
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyətlərlə bağlı son vəziyyət müzakirə olunub.

Tərəflər texniki işlərin başa çatması, inzibati hazırlıqdan sonra ən qısa zamanda daşımaların başlanmasının nəzərdə tutulması, Birgə Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.


Müəllif: Teleqraf.com