Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, insanlar həmçinin Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə ətraf kəndlərə çəkilib.
Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ordusunun gecə yarısı ölkəyə hücum etməyi planlaşdırdığını bildirib.