NATO-nun Kosovodakı missiyası (KFOR) regiondakı vəziyyətə münasibət bildirib.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, missiya bir neçə saat əvvəl yaydığı bəyanatda sabitliyə təhlükə olduğu halda müdaxilə etməyə hazır olduğunu bildirib.
“Bizim missiyamız təhlükəsiz mühit yaratmaq və Kosovonun bütün sakinlərinin sərbəst hərəkətini təmin etməkdir”, – deyə bəyanatda qeyd edilir.
KFOR ərazidə ümumi vəziyyətin gərgin olduğu barədə də xəbərdarlıq edib.