Ruslar döyüş əməliyyatlarının davam etdiyi Baxmut istiqamətində hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.
Bildirilir ki, Slavyan istiqamətində ruslar Çepil, Protopopovka, Xruşuvaxa, Husarovka, Dubravnı, Mazanovka, Krasnopol, Dolina və Barvenkovo yaxınlığında atəş açırlar. Kəşfiyyat qrupunun qüvvələri ilə Mazanovka istiqamətində Ukrayna qoşunlarının mövqelərinin yerini dəqiqləşdirməyə çalışıb, amma buna nail olmayıb və geri çəkilib.
Düşmən Kramatorsk istiqamətində aktiv hərəkətə keçməyib. Seversk, Serebryanka, Verxnekamensko, Zvanovka, İvano-Daryevka və Spornını odlu silahdan, reaktiv artilleriyadan və tankdan atəşə tutub.
"Yakovlevka istiqamətində düşmənin kəşfiyyat qrupu zərərsizləşdirilib. Düşmən Verşina və Soledar istiqamətlərində də hücum əməliyyatları keçirməyə cəhd edib, lakin uğursuz olub və geri çəkilib. Baxmut istiqamətində hücum əməliyyatı davam edir”, - Baş Qərargah qeyd edib.
Avdeyev istiqamətində işğalçılar Novokalinovo, Novoselovka, Avdeevka, Netaylovo, Peski və Krasnohorovka qəsəbələrinin ərazilərini atəşə tutublar. Veseli yaxınlığında hava hücumları baş verir. Qarşı tərəf Peskov istiqamətində hücuma keçsə də geri çəkilib.
31 iyul 2022-ci il tarixindən etibarən rus qoşunları Baxmut və Donetsk ətrafında, həmçinin İzyumun cənub-qərbində qurudan hücumlar həyata keçirir.