Nikolayev rusların atəşi altındadır, şəhərdə güclü partlayışlar baş verir, şəhərə hava hücumu edilir.
Teleqraf.com xəbər verir ki, bunu şəhər meri Oleksandr Senkeviç deyib.
Mer Nikolayev sakinlərini hava xəbərdarlığının sonuna qədər pəncərələrdən uzaq durmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Qeyd edək ki, hər gün ruslar Nikolayevi tornado və S-300 hava hücumundan müdafiə sistemində dağıdıcı mərmilərlə bombalayır.
Bundan əvvəl şəhərin bombalanması zamanı məlum olub ki, ukraynalı iş adamı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Aleksiy Vadaturski həlak olub. Onunla birlikdə həyat yoldaşı Raisa Vadaturskaya da dünyasını dəyişib.