1 Avqust 2022 10:56
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun hərbi hissələri Volın vilayəti ilə sərhəd bölgələrində elektron döyüş sistemlərindən istifadə etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

"Volınıya və Polezya istiqamətlərində, Ukrayna ilə sərhəd rayonlarda Belarus Respublikasının silahlı qüvvələri tərəfindən əlavə olaraq radioelektron döyüş komplekslərinin yerləşdirilməsi qeydə alınır”, - məlumatda deyilir.

Severski istiqamətində düşmən Rusiya Federasiyası silahlı qüvvələrinin ayrı-ayrı hissələrini Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində saxlamaqda davam edir. Ruslar Sumı rayonunun Pavlovka ərazisini artilleriyadan atəşə tutublar.


Müəllif: Nemət

Oxşar xəbərlər