Ukrayna aviasiyası Xerson vilayətində Aleksandrovka və Blaqodatnı rayonlarında düşmənin iki dayaq məntəqəsini, raket və artilleriya bölmələri isə Belyaevka rayonunda elektron döyüş stansiyalarına zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı (OC) məlumat yayıb.
"Biz həmçinin Brylevka dəmir yolu stansiyası ərazisində eşelonun hərbi texnika, sursat və canlı qüvvə ilə vurulması barədə təsdiq aldıq. İtkilər araşdırılır", - məlumatda deyilir.
Qeyd olunur ki, hazırda rusların təsdiqlənmiş itkiləri 52 əsgər, 4 tank, 2 özüyeriyən artilleriya və “Nona-S” minaatan qurğusu, özüyeriyən artilleriya, 8 ədəd zirehli avtomobil daxildir.
Bundan başqa, Berislavski və Baştanski rayonlarında döyüş sursatları olan daha 4 anbar.