Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vladimir Tarabrin bir sıra NATO ölkələrini Ukrayna ordusu tərəfində Donbasda hərbi əməliyyatlarda iştirak etmək üçün xarici vətəndaşlarını döyüşlərə cəlb etmək cəhdlərində ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, bu ölkələrin Kiyevi üstüörtülü dəstəklədiklərini bildirib.
Tarabrin Rusiyanın bu prosesi diqqətlə izlədiyini deyib.
Diplomat bildirib ki, muzdluların axtarışı ilə həm qeyri-hökumət təşkilatları, həm də Ukraynanın xaricdəki diplomatik nümayəndəlikləri məşğul olur.
Rusiyanın baş prokuroru İqor Krasnov da öz növbəsində "MDB ölkələrindən olan muzdlular"ın Ukraynanın şərqində istifadəsi ilə bağlı “çoxsaylı faktlar”dan danışıb.
O əlavə edib ki, Ukrayna hakimiyyəti silah-sursatın nəzarətsiz dövriyyəsinə icazə verir.