1 Avqust 2022 11:08
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanla münasibətlərdəki gərginlik son vaxtlar Ankaranın “Əbdülhəmid Xan” qazma gəmisini Şərqi Aralıq dənizinə göndərmək qərarı ilə daha da artırıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizində yeni təbii qaz kəşfiyyatı fəaliyyəti Yunanıstan və Cənubi Kiprdə çaxnaşmaya səbəb olub.

Türkiyənin 4-cü qazma gəmisi “Əbdülhəmid Xan” dünən dənizə çıxıb və KKTC ilə Mersin arasında lövbər salıb.

Energetika naziri Fatih Dönməzin Əbdülhəmid Xanın avqustun 9-da fəaliyyətə başlayacağına dair açıqlamasından sonra gəminin gözləniləndən 10 gün tez yola düşməsi xəbəri yunan və Cənubi Kipr mətbuatının manşetlərinə daşınıb.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias rum lideri Nikos Anastasiades ilə görüşüb.

Yunan mediası xəritəni təqib edərək gəminin hərəkətlərini yayımlayıb, yunan ordusunun həyəcan vəziyyətində olduğunu yazıb. Qeyd olunub ki, yunan ordusu da “Əbdülhəmid Xan”ın hərəkətlərini yaxından izləyib.

Yunan mediası Türkiyənin AB sanksiyaları da daxil olmaqla beynəlxalq reaksiya ilə üzləşə biləcəyini gündəmə gətirib, Yunan silahlı qüvvələri və analitiklər gəminin elandan 10 gün əvvəl yola düşəcəyindən narahat olub.

Türkiyənin Şərqi Aralıq dənizində qazma fəaliyyəti daha əvvəl Avropa Birliyi ilə gərginliyə səbəb olmuşdu.


Müəllif: Nemət

Oxşar xəbərlər