1 Avqust 2022 11:56
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsinin Tayvana enib-enməyəcəyi beynəlxalq aləmin diqqət mərkəzindədir. Pekin Vaşinqtonu xəbərdar edib ki, Pelosinin təyyarəsinin Çinə aid Tayvana enməsi halında qarşıdurma qaçılmazdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.

Təhlildə Çin dövlət başçısının mesajına da diqqət çəkilib:

“Çinin lideri Si Cinpin də beynəlxalq aləmdə gərginliyin artdığını deyərək, ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib. Cinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Si Cinpin xarici təhdid haqda danışarkən ilk növbədə ABŞ-ı nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil.

Cinpin mövcud vəziyyətdə ordunun peşəkar kardrlarla təmin olunmasının vacibliyini vurğulayıb. Cinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 ilə çatılması planlaşdırılır. Cinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə, həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalmasının vaciblyini də sözlərinə əlavə edib”.

Si Cinpin niyə ordunun modernləşdirilməsinin və yeni kadrlarla təmin olunmasının vacibliyini dilə gətirib?

Mərkəzin analitikləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır:

“ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam Çinin artan hədəflərindən narahatdırlar. Çinin Tayvan adasını ələ keçirmək planları da narahatlıq doğurur. Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir, sadəcə bunun nə zaman həyata keçiriləcəyi ilə bağlı hələ qərar verməyib. Pekin qarşısına belə bir hədəf qoyubsa, ordusunu modernləşdirməli və müasir silahlar təhciz etməlidir.

Cipinin “orduya cəlb olunanlar Kommunist Partiyasının siyasətinə sadiq qalmalıdırlar” fikri isə ona dəlalət edir ki, ordu komandanlığı patiyanın əmrlərini yerinə yetirməli və fərqli fikirlərə yer verilməməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər