1 Avqust 2022 12:29
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Sinqapura gəlib.

Teleqraf.com xəbər verir ki, siyasətçinin Çinin sərt xəbərdarlıqlarına baxmayaraq Tayvanda dayanacağı gözlənilir.

Lakin Pelosi açıqlamasında Tayvan haqqında danışmayıb.

Onun səfəri həm Vaşinqtonda, həm də Pekində diqqətlə izlənilir.

Bundan əvvəl Çin hərbçiləri Tayvandan təxminən 80 mil məsafədə, cənub-şərqdəki Fujian əyalətinin sularında hərbi təlimlər keçirəcəklərini açıqlayıb.

Çin Hərbi Hava Qüvvələrinin sözçüsü, tarixi dəqiqləşdirmədən ölkənin qırıcılarının əraziləri müdafiə etmək qabiliyyətini nümayiş etdirmək üçün Tayvan üzərində uçacağını bildirib.

Pelosinin təyyarəsinin birbaşa Tayvana çatması gözlənilsə də, sonradan məlum olub ki, təyyarə Havay adalarına enib. Səfərdən öncə Pekin elan edib ki, Pelosinin belə bir səfərinə sərt reaksiya veriləcək.


Müəllif: Nemət

Oxşar xəbərlər