Avropa Birliyi Ukraynaya bir müddət əvvəl vəd olunan böyük maliyyə yardımı çərçivəsində 500 milyon avro ayırıb. Xatırladaq ki, indiyədək iki makroiqtisadi maliyyə dəstəyi proqramı çərçivəsində Ukraynaya 860 milyon avro dəyərində yardım edilib.
Teleqraf.com-un məlumatına görə, digər kiçik yardım paketlərini nəzərə aldıqda Ukrayna avqust ayından indiyədək Avropadan 1,4 milyard avro məbləğində maddi dəstək görüb. Bu, Ukraynaya yaxın müddət ərzində nəzərdə tutulan maliyyə ayırmalarının, təqribən, doqquzdabir hissəsidir.
Belə ki, Ukraynaya maksimal kömək paketi çərçivəsində bu Şərqi Avropa ölkəsinə yaxın müddətdə 11 milyard avronun tam olaraq ayrılması nəzərdə tutulub. Bu məbləğin 1,6 milyardını kreditlər, 1,4 milyard avronu isə qrantlar təşkil edir. Bundan əlavə, 5 milyard avro Avropa Yenidənqurma və İnkişaf Bankından, 3 milyard avro isə Avropa İnvestisiya bankından mərhələlərlə xüsusi yardım paketi şəklində ayrılacaq.
Nail Cəlil