3 Dekabr 2014 19:45
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-da keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan Moldova kommunist partiyası Konstitusiya Məhkəməsinə şikayət edəcək.

Partiyanın sədri Vladimir Voronin Mərkəzi Seçki Komissiyasının səsvermənin gedişində bir çox qanun pozuntularına yol verdiyini və saxtakarlığa şərait yaratdığını bildirib. Buna görə MSK-nın nəinki inzibati, həmçinin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyən Voronin namizədlərə bərabər şəraitin yaradılmadığı və seçki komissiyasının hakim partiya lehinə qərar çıxardığı fikrindədir.

Bülletenlərin 97 faizinin hesablandığı ilkin nəticələrə görə, müxalif sosialist partiyası 21 faiz səslə birinci yeri tutur. Son 15 ildə parlamentdə liderlik edən kommunistlər bu dəfə 17 faiz səslə üçüncü sırada qərarlaşıblar. Avropa meylli partiyaların mövqeləri isə belədir: liberal-demokrat partiyası 19 faiz, demokrat partiyası 15 faiz, liberal partiyası 9,3 faiz.

Əgər bu balans dəyişməzsə, Avropa meylli partiyalar parlamentdə üstünlük qazanacaq. Beləliklə də onlar koalisiya yaratmaq və hökuməti qurmaq üçün şans əldə edəcəklər.


Müəllif:

Oxşar xəbərlər