Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb
Teleqraf.com xəbər verir ki, bu Fransa liderinin Zelenski ilə iyunun 16-da Kiyevə səfərindən sonra ilk telefon danışığıdır. .
Yelisey sarayı hələlik telefon danışığının təfərrüatını rəsmən açıqlamayıb.
Daha öncə Emmanuel Makron Rusiyanı yeni tip qlobal hibrid müharibə aparmaqda ittiham edib. Fransa liderinin sözlərinə görə, Moskva “informasiyadan, enerjidən və qidadan” silah kimi istifadə edir.