3 Dekabr 2014 20:54
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Qahirə yaxınlığındakı polis idarəsinə hücuma görə “Müsəlman qardaşları” təşkilatının 188 tərəfdarı ölüm cəzasına məhkum edilib.

2013-cü ildə baş verən hücum yüzlərlə adamın ölümü ilə nəticələnən hökumət əleyhinə etiraz nümayişinin dağıdılmasına təsadüf edib.

Misir devrilmiş prezident Məhəmməd Morsinin tərəfdarlarına qarşı təqiblərə görə kəskin tənqid edilir.
Məhkəmə yasaqlanmış “Müsəlman qardaşları” təşkilatının üzvlərinə qarşı yüzlərlə ölüm cəzası kəsib.
Lakin onlardan heç biri indiyədək icra olunmayıb.

Ölüm cəzasına məhkum edilən 188 nəfərdən 144-ü həbsdədir. Yerdə qalanlara hökmlər qiyabi şəkildə çıxarılıb.

“Müsəlman qardaşları” təşkilatının sabiq lideri Məhəmməd Morsi ötən il hərbi çevriliş nəticəsində prezident vəzifəsindən devrilərək həbsə alınıb.

Onun devrilməsi ardınca Misir boyunca dünyəvi və islamçı qüvvələr arasında qanlı toqquşmalar baş verib.
Ötən şənbə günü Misir məhkəməsi korrupsiya və yüzlərlə adamı öldürlməkdə təqsirləndirilən Hüsni Mübarəkin işinə yenidən baxaraq sabiq prezidentə bəraət qazandırıb.

2013-cü ilin avqust ayında Hüsni Mübarək həbsxanadan azad olunaraq Qahirənin hərbi hospitalına keçirilib.

Təkrar keçirilən məhkəmə qətllərlə bağlı ittihamı ləğv etsə də, dövlət əmlakını mənimsəməklə əlaqədar ayrıca bir iş üzrə çıxarılan 3 illik həbs cəzası qüvvədə qalır.

86 yaşlı Mübarək ona qarşı irəli sürülən ittihamları rədd edir.


Müəllif:

Oxşar xəbərlər