2 Avqust 2022 16:15
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun 5-də Soçidə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşdə prioritet mövzulardan birinin Ukraynadan taxıl daşınmasının bərpasını nəzərdə tutan razılaşma ilə əlaqədar olacağını deyib.

Peskov bildirib ki, Ərdoğan və Putin taxıl müqaviləsinin gedişatını müzakirə edəcəklər:

“Görüş həm də Suriya və Ukrayna məsələləri, taxıl daşınması üçün yaradılmış mexanizmin effektivliyi, beynəlxalq əlaqələrə dair fikir mübadiləsi üçün məlumat mübadiləsi baxımından yaxşı fürsətdir. Görüşün gündəliyi kifayət qədər sıx olacaq”.

Digər tərəfdən, diplomatik mənbələr görüş zamanı Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatının da gündəmdə olacağını söyləyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər