2 Avqust 2022 19:45
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Tayvan adası ətrafındakı altı bölgədə hərbi təlimlər keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Global Times”saytı məlumat yayıb.

Təlimlərin cümə axşamından bazar gününə kimi keçiriləcəyi bildirilir.

"Çin Xalq Azadlıq Ordusu cümə axşamından bazar gününə kimi Tayvan adasını əhatə edən altı bölgədə əhəmiyyətli hərbi təlimlər keçirəcək", - Global Times bildirib.

əmçinin Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri Tayvan boğazına Su-35 qırıcıları göndərib . Qırıcı təyyarələr, ehtimal ki, göyərtəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin də olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus xüsusi uçuşun yaxınlaşması fonunda boğaza göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər