Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın ölkədəki səfiri Nikolas Bernsi quruma çağırıb.
Teleqraf.com xəbər verir ki, amerikalı diplomata ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərilə bağlı etiraz məktubu təqdim edilib.
Qeyd edək ki, Çin tərəfi Pelosinin adaya səfərini öz süverenliyinin pozulması kimi dəyərləndirib. ABŞ rəsmiləri isə bunun heç də belə olmadığını bildiriblər.