3 Avqust 2022 08:00
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Moskvanı məhbusların mübadiləsi təklifini qəbul etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi brifinq zamanı bildirib.

"Biz ciddi təklif vermişik və Rusiyanı bunu qəbul etməyə çağırırıq", - deyə C.Kirbi bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Britni Qriner və Pol Uilanı azad etmək üçün Moskvaya “əhəmiyyətli təklif” təqdim etdiyini açıqlayıb. İyulun 29-da o, Rusiya xarici işlər naziri Sergey Lavrovla da telefonla saxlanılan ABŞ vətəndaşlarının taleyini müzakirə edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər