3 Avqust 2022 08:18
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hakimiyyəti Tayvan adasının separatçı elementlərini və onların xarici havadarlarını qanun çərçivəsində cəzalandırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin açıqlamasında deyilir.

"Tayvanın qondarma müstəqilliyinin tərəfdarları - vətənin yenidən birləşməsinə ən böyük maneədir. Tayvan separatçılarının bəyanatları və hərəkətləri açıq-aşkar təxribatdır, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsddir, onlar qanuna uyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdırlar", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Çin Konstitusiyasına görə, Tayvan Çinin ayrılmaz hissəsidir. Bildirilir ki, tayvanlı separatçıları dəstəkləyən hərəkətlərə görə, ölkənin cinayət məcəlləsi təkcə Çin vətəndaşlarına qarşı deyil, həm də “başqa dövlətlərin fərdlərinə və təşkilatlarına da şamil edilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər