ABŞ Səudiyyə Ərəbistanına ümumilikdə 3 milyard dollar dəyərində “Patriot” raketlərin satışını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə Ər-Riyad Vaşinqtondan bu tipli 300 raket istəyib.
“Dövlət Departamenti Səudiyyə Ərəbistanı hökumətinə təxminən 3 milyard dollardan çox “PATRIOT MIM-104E” qabaqcıl taktiki ballistik raketlərin satışını təsdiqləyən qərar verib”, - deyə məlumatda deyilir.
Bu barədə Konqresə bildiriş göndərilib. Eyni zamanda hərbçilər bildiriblər ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.